Sahib Məmmədov: `Xaricdən gizli maliyyələşir, yaxud da şantaj yolu ilə məmurlardan pul alırlar`


19:12     02 Fevral 2017 536574.jpg

Mətbuatda Azərbaycanın bəzi məmurlarının müxalif KİV-ləri, xüsusən AXCP-nin mətbu orqanı olan “Azadlıq” qəzetini və onun eyni adlı saytını maliyyələşdirdiyi ilə bağlı xəbər yayılıb. İddia olunur ki, məmurları onların fəaliyyətini tənqid etməməyin əvəzində “Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə pul veriblər. Rüşvət alandan sonra Q.Zahid onların barəsində tənqidi materialların dərcini bir müddət dayandırıb.

Məsələ ilə fikirlərini Femida.az-a şərh edən hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, mediada belə yazılar olanda təəccüblənmir.

“İllərlə belə qəzetlər nəşr olunur ki, bu qəzetlərin nə satışları olur, nə də reklamları var. Məsələn, elə kütləvi informasiya vasitələri var ki, illik büdcəsi 7-8 milyonu keçir. Demək ki, onlar xaricdən gizli maliyyələşir, yaxud da şantaj yolu ilə məmurlardan pul alırlar.

Bütün dünyada KİV-lərin ələ alınması məsələsi var. Bizdə də bu hamının gözü qarşısında baş verir və sirr deyil ki, məmurlar və bir çox hallarda komersiya qrumları KİV-ləri ya susmaq üçün, ya da tərif üçün ələ alırlar. Bəzən bir məmur digərini gözdən salmaq üçün KİV-nə kompromatlar ötürülür. Belə hallarda bəzi KİV-lər də istifadə olunur.

İkincisi, o qəzetlərə susmaq üçün ödənişlər olunur. Reket jurnalistikasının çox gur inkişafı dövründə hətta qeyri-rəsmi abunəçilik sistemi var idi. Reket qəzetlərə hər ay paketdə 200 manat abunə haqqı verirdilər.

İndi də bu proses qalıb, ancaq əvvəlki həcmdə deyil. Bunun iki səbəbi var. Birinci reket jurnalistlərin bir qisminin və onları himayə edənlərin ifşa olunması, ikincisi maliyyə vəsaitlərinin azalması buna səbəb kimi göstərilə bilər.

Ölkəmizdə kommersiya qurumları da susmaq üçün hətta öz büdcələrinə legitim olaraq mətbuatla işləmək üçün vəsaitlər ayırırdılar.

Bundan başqa siyasi reketçiliyin miqyası o qədər genişlənib ki, xaricdə fəaliyyət göstərən KİV-də Azərbaycandan şantaj yolu ilə hansısa məmurdan pul ala bilər.

Eyni zamanda bəzi dövlət orqanları mətbuat xidmətlərinə təcrübəli jurnalistləri yox, bu cür KİV-lərlə dil tapa bilən şəxsləri işə götürürlər. Burada onun jurnalist keyfiyyəti yox, məhz bu təcrübəsi əsas götürülür. O, təmsil etdiyi idarənin adının mətbuatda hallanmaması üçün reket jurnalistləri ələ almaqla məşğul olurdu.

Ona görə də bununla mübarizə aparmağın ən gözəl yolu onları ifşa etməkdir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2134